Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanla Gürcüstan arasında bütün sahələrdə səmərəli əməkdaşlıq formalaşıb

0

  • Ölkəmiz dünyadakı bir çox sülhsevər dövlətlər kimi onunla həmsərhəd olan ölkələrlə mehriban qonşuluq və dostluq münasibətləri qurmağa çalışır. Azərbaycanın bu cəhdləri Ermənistan istisna olmaqla digər qonşu dövlətlərlə olduqca uğurlu nəticələr verməkdədir. Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı yersiz ərazi iddiaları bu bölgədə sülhün və əmin-amanlığın bərqərar olmasına böyük əngəllər törədir.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    30 ildən artıq əzəli Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan,​ ölkəmizin torpaqlarımızı sülh yolu ilə azad etmələri üçün göstərdiyi bütün cəhdlərinə qarşı qeyri - konstruktiv münasibət göstərməyə davam etdi. Öz ərazilərini güc yolu ilə azad etməyə məcbur olan Azərbaycan, 2020 - ci ilin sentyabr ayının 27 - də​ başlanan 44 günlük Vətən müharibəsində erməni işğalı altında olan əzəli topaqlarını düşmənlərdən təmizlədi. Döyüş meydanında məğlubiyyətlə üzləşən Ermənistan kapitulyasiya haqqında sənədə imza atmağa məcbur oldu. ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Ermənistanla münasibətlər normallaşmasa da, ölkəmiz digər qonşu dövlətlərlə münasibətləri daha da dərinləşdirməyə, daha da möhkəmləndirməyə çalışır. Bu baxımdan qonşu Gürcüstanla münasibətlərimiz getdikcə daha da genişlənir və yüksələn xətt üzrə davam edir. Oktyabrın 8 - də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstana Respublikasının Baş Naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstana növbəti səfərə gəlmişdir.​ ​ ​ ​ ​ ​ Ölkə Başçısı səfər zamanı Gürcüstanın Baş Naziri İrakli Qaribaşvi ilə təkbətək görüş keçirmişdir. Görüş zamanı iki ölkə arasındakı müxtəlif məsələlər müzakirə edilmiş, münasibətlərin daha da möhkəmlənməsi üçün atılacaq addımlar gözdən keçirilmişdir. Ölkə Başçıları eyni zamanda bölgədəki hazırkı durum və Cənubi Qafqazda sülhün bərqərar olması məsələlərinə diqqət yetirmişlər. Qeyd olunmuşdur ki, bu bölgədə sülhün yaranması bütün region ölkələrinin siyasi, iqtisadi və mədəni cəhətdən inkişaf etmələrinə güclü təkan verəcəkdir.​ ​ ​
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Respublikasına səfəri zamanı bu ölkənin Baş Naziri ilə birlikdə burada Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Fotosərgidə iştirak etmişdir. Fotosərgidə Ümummilli Liderin həyatı, siyasi fəaliyyəti, Gürcüstan - Azərbaycan münasibətlərinə verdiyi töhfələri özündə əks etdirən fotolar nümayiş etdirilirdi. Fotosərgi hər iki ölkə rəhbərlərinin böyük marağına səbəb olmuşdur.​ ​ ​ ​ ​ ​ ​ ​ ​ 
    Prezident İlham Əliyevin Gürcüstan Respublikasına sayca 11 - ci olan növbəti səfəri iki ölkə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə xidmət edəcəkdir. ​Yaşasın Gürcüstan - Azərbaycan dostluğu!​

    Fiqurə Rüstəmova,
    Xocalı rayon sakini
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib33 dəfə
    azərbaycanla gürcüstan arasında bütün sahələrdə səmərəli əməkdaşlıq formalaşıb

    Maraqlı gələ bilər
    25
    32
    174